Zaxarova: “Kiyevin nüvə silahına sahib olmaq...”

07.03.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin xüsusi hərbi əməliyyatın əvvəlində səsləndirdiyi Kiyevin nüvə silahına sahib olmaq istəyi ehtiyatsızlıqdır.

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “RİA Novosti” agentliyinə müsahibəsində belə deyib.

“Kiyev rejiminin Kursk bölgəsində və Sudjada törətdiyi cinayətlər, nüvə silahının çəkindirmə məqsədi ilə deyil, istifadə məqsədi ilə lazım olduğuna şübhə yeri qoymur”, - deyə diplomat bildirib. 

Xatırladaq ki, Zaxarova martın 4-də keçirdiyi brifinqdə Moskvanın Britaniya və Fransanın Ukraynaya nüvə silahı vermək planlarını inkar etmək cəhdlərini qəbul etmədiyini bəyan edib.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью