Zaxarova: “Latviya öz ayağına güllə atacaq”

28.11.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Latviya rəhbərliyinin Moskva ilə bağlı siyasətini sərt tənqid edib.

Milli.Az xəbər verir ki, o, Riqanın iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atmaq əvəzinə, gərginliyi artırmağa çalışdığını iddia edib.

Diplomatın fikrincə, Latviyanın bu mövqeyi ölkə vətəndaşlarının maraqlarına uyğun deyil. Zaxarova xəbərdarlıq edib ki, Riqa Estoniya və Finlandiyanın ardınca gedərək Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayarsa, bunun nəticələri ilk növbədə Latviyanın özünə zərər vuracaq.

Rusiya XİN rəsmisi əlavə edib ki, belə bir qərar yalnız Latviya sakinləri üçün deyil, Avropa İttifaqının digər ölkələrinin vətəndaşları üçün də ciddi çətinliklər yaradacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью