Zaxarova: Makron daxili problemlərdən diqqəti yayındırmaq üçün absurd addımlar atır

08.10.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Fransa prezidenti Emmanuel Makron, o cümlədən ölkə sahilləri yaxınlığında tankerin saxlanılması ilə bağlı vəziyyətdən istifadə edərək, sadəcə olaraq Fransadakı daxili problemlərdən diqqəti yayındırmaq istəyir.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə mətbuatına verdiyi açıqlamada bildirib.

“Düşünürəm ki, Makron öz xalqından qorxmalıdır, çünki o, bu xalqa faktiki olaraq istehza edir. O, sadəcə sağlam düşüncə ilə yanaşı, öz xalqını ələ salır. Bu barədə biz dəfələrlə danışmışıq, nə qədər rəsmi bəyanatlar səsləndirilib, ekspertlər tərəfindən yazılar dərc olunub. Məsələ nədən ibarətdir? Ondan ibarətdir ki, dron uçuşlarından tutmuş guya haker hücumlarına, iqtisadi problemlərə və nəhayət son olaraq - sitat gətirirəm - 'kölgə donanmasına qədər istənilən məsuliyyəti Rusiya üzərinə atmaq cəhdləri – bunların hamısı gülünc, absurd və tamamilə uyğunsuz addımlardır. Makron sadəcə bu üsullarla daxildə yaranmış problemlərə görə məsuliyyəti üzərindən atmağa və ictimai diqqəti yayındırmağa çalışır”, – deyə Zaxarova qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Fransa baş naziri Sebastyen Lekornu hökumətin yenilənmiş tərkibi açıqlanandan bir gün sonra müxalifətin tənqidlərinə cavab olaraq prezident Makrona istefa ərizəsi təqdim etmişdi. Yeni hökumətdə 18 portfeldən 13-ü əvvəlki kabinetin üzvlərinə verilib.

Bundan əvvəl Makron Fransa sahillərində guya Rusiyanın “kölgə donanması”na məxsus olan bir tankerin saxlanıldığını və ekipaj tərəfindən ciddi qayda pozuntularının baş verdiyinə görə Fransa prokurorluğunun istintaqa başladığını bildirmişdi.

Rusiya Prezidenti Vladimir Putin isə Fransa tərəfindən tankerə əl qoyulmasını “quldurluq” adlandırıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью