Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun son açıqlamalarını tənqid edib.
Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.
Zaxarova bildirib ki, Makronun Rusiya ilə bağlı səsləndirdiyi fikirlər bir-birinə zidd görünür. Onun sözlərinə görə, Fransa liderinin bəzi açıqlamalarında əməkdaşlıq çağırışları yer alsa da, digər fikirlərində Rusiya ilə bağlı sərt mövqe hiss olunur.
Rusiya rəsmisi qeyd edib ki, Makronun mövqeyini açıqlamalarına əsasən qiymətləndirmək çətindir. O, Fransa prezidentinin fikirlərinin müxtəlif insanlar tərəfindən fərqli qəbul oluna biləcəyini vurğulayıb.
Aytəkin TOFİQQIZI