Zaxarova: Makronun dəyişkən açıqlamaları atmosfer təzyiqi ilə bağlıdır

10.04.2025

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa prezidenti Emmanuel Makronun açıqlamaları ziddiyyətlərlə doludur.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Moskva-24" telekanalına verdiyi müsahibədə belə deyib.

O ironiya ilə söyləyib ki, buna atmosfer təzyiqinin dəyişməsi səbəb ola bilər.

Əvvəllər Fransa lideri Aİ adından Rusiya ilə danışıqlara hazır olduğunu bəyan etsə də, sonra Fransanın nüvə silahı ilə Avropanı Rusiyadan qorumağa çağırıb.

Zaxarova bildirib: "Makronun bəyanatları ya atmosfer təzyiqindən, ya da təbii hadisələrdən asılıdır, dəqiq bilmirəm. Bəlkə, nəsə onun əhval-ruhiyyəsini korlayır".

O xatırladıb ki, Makron “hamının üzərində nüvə çətiri açmağa” başlamazdan əvvəl fəal şəkildə danışıqlar prosesində rol almaq istədiyini bəyan etmişdi: "Ertəsi gün nüvə silahları haqqında ritorika başlayır, onlar hamını məğlub etməyə, öz kontingentini harasa göndərməyə hazır olurlar". \\Teleqraf.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью