Zaxarova: Moskva Gümrü merinin saxlanması ətrafında vəziyyəti diqqətlə izləyir | Icma.az
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Moskva Gümrü merinin saxlanması ətrafında vəziyyəti diqqətlə izləyir".
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı News.ru-nun müvafiq sualına cavab olaraq bildirib.
Zaxarova Gümrü meri Vardan Qukasyanın saxlanmasını şərh edib.
Onun sözlərinə görə, Gümrü əhali sayına görə Ermənistanın ikinci böyük şəhəridir və orada Rusiyanın 102-ci hərbi bazası, Rusiya Baş Konsulluğu və "Rossotrudniçestvo"nun filialı yerləşir.
Zaxarova qeyd edib ki, şəhər rəhbərliyi Rusiya Federasiyasının müxtəlif regionları ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirir.
"Biz, əlbəttə ki, Rusiya-Ermənistan münasibətlərinə diqqətlə yanaşırıq və xalqlarımız arasında ənənəvi sıx əlaqələr mövqeyindən çıxış edənləri hər zaman dəstəkləyirik.
Şəhər merinin həbsinə gəlincə, bu, sözsüz ki, Ermənistanın daxili işidir.
Tam oxu
Xəbəri oxu