Zaxarova NATO baş katibinə belə cavab VERDİ

15.09.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun baş katibi Mark Ruttenin Rusiyanın alyansı parçalamağa çalışması ilə bağlı iddialarını tənqid edib.

Redaktor.az xəbər verir ki, Zaxarova Rutteyə cavab olaraq Rusiyanın əksinə, NATO ilə ortaq və inteqrasiya olunmuş məkan yaratmağa çalışdığını bildirib.

“Biz onları bölməyə çalışmamışıq. Əksinə, onlarla ortaq, inteqrasiya olunmuş bir məkan qurmağa çalışmışıq. Necə də qeyri-insani bir yalandır”, - deyə Zaxarova bildirib.

Diplomat Rusiya Prezidenti Vladimir Putinin vaxtilə Lissabondan Vladivostoka qədər vahid məkan yaradılması ilə bağlı təklifini də xatırladıb.

Zaxarova qeyd edib ki, Rusiya vizasız rejimə yaxınlaşmaq üçün də addımlar atıb.

“Biz sözün əsl mənasında bir addım daha yaxınlaşdıq, ta ki onlar özləri fikirlərini dəyişənə qədər”, - deyə Rusiya XİN sözçüsü əlavə edib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью