Zaxarova: NATO bəyanatları danışıqları pozmaq cəhdidir

03.12.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

NATO bəyanatları danışıqları pozmaq cəhdidir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqonun Rusiyaya qarşı bəyanatlarını şərh edərkən deyib.

Zaxarova bildirib ki, bəyanatlar Ukrayna ilə danışıqların intensivləşdiyi günlərdə verilib və prosesləri pozmaq məqsədi daşıyır. O vurğulayıb ki, Qərbi Avropa militarizm naminə öz biznesini məhv edir və hərbi büdcələri şişirdir.

Rusiya XİN sözçüsü əlavə edib ki, bu cür bəyanatlar informasiya hücumları və hədə-qorxular vasitəsilə razılaşmaları pozmağa yönəlib. 

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью