Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynaya "könüllülər koalisiyası"ndan qoşunların yerləşdirilməsi planlarını açıq hərbi müdaxilə kimi xarakterizə edib.
Xalqcebhesi.az-ın məlumatına görə, diplomat brifinqdə bildirib ki, "Bütün bunlar, əlbəttə ki, xarici hərbi müdaxilə üçün gizli bir plandır. Buna belə ad vermək lazımdır".
O, NATO-nun baş katibi Mark Ruttenin sülh razılaşması əldə edildikdən sonra sözdə könüllülər koalisiyasından qoşunların, silahların, hava qüvvələrinin və dəniz qüvvələrinin dərhal Ukraynaya gələcəyi ilə bağlı iddiasına cavab olaraq bildirib.
Məryəm Quliyeva