Zaxarova Nensi Pelosini cəhənnəm adamı adlandırdı KONKRET

06.11.2024

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Nensi Pelosinin Kaliforniya ştatından yenidən senator seçilməsinə münasibət bildirib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Zaxarova  qoca qarını cəhənnəm adamı adlandırıb: “Bu cəhənnəm adamı həmişə rusofobiyası ilə fərqlənib”.-deyə XİN rəsmisi bildirib.

Yeri gəlmişkən 84 yaşlı Pelosi anti-Azərbaycan mövqeyi ilə də məhşurdur. O, ABŞ-də erməni diasporasının təsiri altında fəaliyyət göstərən siyasətçilərədn hesab olunur və 44 günlük Vətən müharibəsindən sonra Ermənistana səfər etmişdi.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью