Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya və ABŞ liderləri arasında baş tutan təmasdan sonra müxtəlif diplomatik səviyyələrdə iş davam etdirilib.
Reyting.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, təmas baş tutub və prezident administrasiyası tərəfindən şərh edilib.
“Cənab Uşakov ətraflı məlumat verdi. Bu təmaslardan sonra Rusiya və Macarıstan xarici işlər nazirliklərinin rəhbərləri müvafiq tədbirə hazırlıq məqsədilə görüş keçiriblər”,- deyə Zaxarova əlavə edib.
Qeyd edək ki, Vladimir Putinlə Donald Tramp arasında 2,5 saat telefon danışığı olub və onların Budapeştdə görüşü gözlənilir.
ELÇİN