Zaxarova: Qaluzin Zarubişvili danışıqlar formatı davam etdiriləcək

20.11.2026

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Georgi Zarubişvili arasında danışıqlar formatı davam etdiriləcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin noyabrın 19-də Minskdə Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Georgi Zarubişvili iıə görüşünün baş tutduğunu xatırladıb.

Zaxarova bu görüşün Rusiya ilə Gürcüstan arasında birbaşa dialoqun bərpa olunçası baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, görüşdə iqtisadi, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığa dair aktual məsələr barəsində fikir mübadiləsi aparılıb, bir sıra razılaşmalara nail olunub.

Rusiya XİN sözçüsü Qaluzin-Zarubişvili danışıqlar fotmatının davam etdiriləcəyini də söyləyib.

"O ki qaldı iki ölkə arasında diplomik münasibətlərin bərpası məsələsinə, Gürcüstan tərəfi belə təşəbbüslə müraciət etməyib", deyə Zaxarova qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью