Zaxarova: “Qərb Rusiyanı təcrid etmək cəhdlərində uğursuzluğa düçar olub”

28.10.2026

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu, onların siyasətinin karikaturasıdır"

“Qərb Rusiyanı təcrid etmək cəhdlərində tamamilə uğursuzluğa düçar olub və onun hərəkətləri xarici siyasətin karikaturasına çevrilib”. AYNA.AZ “RİA Novosti” agentliyinə istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

Diplomat bildirib ki, "Rusiyanın guya təcrid olunması Qərb üçün tamamilə uğursuzluqdur. Bu, onların siyasətinin karikaturasıdır".

Zaxarovanın sözlərinə görə, beynəlxalq ictimaiyyət Qərb ölkələrinin Rusiyanın digər dövlətlərlə əlaqələrini məhdudlaşdırmaq cəhdlərini ikrahla izləyir.

O, xüsusilə Qərb nümayəndələrinin afrikalı iştirakçıları Rusiya-Afrika sammitinə Moskvaya səfər etməkdən çəkindirmək cəhdlərini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью