Zaxarova “Rus evi”nə qarşı casusluq ittihamından danışdı

31.01.2025

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

"Bakıdakı “Rus evi”nə qarşı casusluq fəaliyyəti ilə bağlı bütün ittihamlar əsassızdır”.

Sitat.info  Lenta.ru-ya istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan telekanalının “Rossotrudniçestvo”nun yerli nümayəndəliyi ilə bağlı xəbərini belə şərh edib.

“Əgər hansısa nöqteyi-nəzərdən istifadə edirsinizsə, bizimlə əlaqə saxlayın, biz də öz nöqteyi-nəzərimizi bildirəcəyik. Amma bu, sadəcə olaraq doğru deyil. Bu ittihamlar əsassızdır”, - diplomat bildirib.

Xatırladaq ki, “Rus evi”nə qarşı iddialar rəsmi orqanlar tərəfindən yox, bir media qurumu tərəfindən səslənib./Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью