Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
“Rusiya tarix boyu heç vaxt müharibələri başladan tərəf olmayıb və qlobal təcavüzkar rolunu üzərinə götürməyib”.
"Cebheinfo.az" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova qeyd edib ki, Rusiya əksinə, bu müharibələri “yaxşılıq və həqiqət tərəfində” başa çatdırıb və ölkəsinin heç vaxt kolonial imperiya olmadığını vurğulayıb.
Rusiya Dövlət Şurasının Ailə Komissiyasının üzvü və Uşaq Bloqçuluğuna Dəstək İnstitutunun direktoru Natalya Loktevaya verdiyi müsahibədə Zaxarova bildirib ki, Rusiya Qərb imperiyaları kimi kolonial keçmişə malik deyil və belə deyib:
“Biz tarixi perspektivdə heç vaxt qlobal təcavüzkar kimi hərəkət etməmişik, heç bir dünya müharibəsini biz başlamamışıq. Biz yalnız onları bitirmişik və həmin dünya müharibələrindən yaxşılıq və həqiqət tərəfində qalib çıxmışıq”.
Zaxarovanın sözlərinə görə, Rusiya heç vaxt başqa ölkələri, torpaqları və ya qitələri yalnız resurslarını istismar etmək məqsədilə fəth edən kolonial imperiya olmayıb:
“Əksinə, Rusiyanın təsir dairəsinə daxil olan xalqlara elm, sənaye, texnika və texnologiya sahələrində bilik və inkişaf ötürülüb. Bu cəmiyyətlər müstəqillik əldə etdikdə isə inkişaf etmiş dövlət quruluşu, iqtisadiyyat və təhsil sisteminə sahib olublar”.
Zaxarova əlavə edib ki, bu tarixi irsə görə Rusiya həm keçmişdə, həm də bu gün dünya sivilizasiyasının mühüm bir hissəsidir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin