Zaxarova: “Rusiya ilə Türkiyə arasındakı münasibətlər balansın unikal nümunəsidir”

03.06.2025

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Keçmişin bütün döngələrinə baxmayaraq, ölkələrimiz qarşılıqlı hörmətə əsaslanan möhkəm əlaqələr qura biliblər"

“Rusiya ilə Türkiyə arasındakı münasibətlər bir tərəfdən praqmatizmlə öz maraqlarını qorumaq, digər tərəfdən isə regionda və dünyada dayanıqlı sabitlik və təhlükəsizliyin təmin edilməsinə yönələn balansın unikal nümunəsidir”. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 105-ci ildönümü münasibətilə çıxışında deyib ki, "keçmişin bütün döngələrinə baxmayaraq, ölkələrimiz qarşılıqlı hörmətə əsaslanan möhkəm əlaqələr qura biliblər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью