Zaxarova: Rusiya Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanıyır

10.06.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

"Rusiya rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib

O, prezidentin köməkçisi Vladimir Medinskinin sözlərini kontekstdən çıxarmamağa və onlara "tamamilə fərqli bir məna verməməyə çağırıb.

Zaxarova Rusiyanın rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını söyləyib.

Qeyd edib ki, Medinski Qarabağla bağlı şərhdə vəziyyətin tarixi aspekti və səciyyələndirici xüsusiyyətlərdən danışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью