Zaxarova Rusiyada olan azərbaycanlılara qarşı təxribat planlarından danışdı

30.07.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukrayna mövcud Rusiya-Azərbaycan ziddiyyətlərindən milli zəmində nifrət və düşmənçiliyi qızışdırmaq üçün istifadə etmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Xüsusən də Rusiyadan olan və Rusiya bayrağı altında olan Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə, mədəniyyət obyektlərinə qarşı təxribat törətməyə hazır olan qaçqınların ödəniş müqabilində işə cəlb edilməsi planları məlumdur. 

NSA Azərbaycan, Türkiyə və Avropa media məkanında Rusiyanın hansısa təcavüzü barədə viral məlumat yaymaq üçün bu cür təxribatlardan istifadə etmək niyyətindədir", - deyə diplomat qeyd edib. 

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью