Zaxarova Simonyanın sözlərini cavabsız qoymadı

29.08.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Moskva Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın ruslarla bağlı bəyanatlarını təxribat hesab edir.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, Simonyanın Ermənistanın cəbhəyə göndərilməkdən yayınmaq istəyən Rusiya vətəndaşlarının yeni dalğasını qəbul etməyə hazır olduğu barədə sözlərinə cavabda deyib: pizza hut

"Bu bəyanatlar Rusiyada mümkün səfərbərliklə bağlı dəfələrlə təkzib edilmiş spekulyasiyalar fonunda səsləndirilib".

Onun sözlərinə görə, Simonyanın bu cür bəyanatları mahiyyət etibarilə Rusiya vətəndaşlarını qanunsuz hərəkətlərə təşviq edir və ənənəvi erməni qonaqpərvərliyinə “zəhərli siyasi çalar” verir.

Rusiya XİN rəsmisi Moskvanın Simonyanın açıqlamalarını təxribat xarakterli hesab etdiyini vurğulayıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью