Zaxarova terror aktında Rusiya vətəndaşlarının öldüyünü təsdiqlədi

15.12.2025

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sidneydə baş vermiş terror aktı ilə bağlı açıqlama verib.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb. Onun sözlərinə görə, hücum nəticəsində həlak olanlar arasında Rusiya vətəndaşları da var.

XİN sözçüsü rəsmi bəyanatda mülki şəxslərin güllələnməsini ifrat qəddarlıq aktı kimi qiymətləndirib. Zaxarova bildirib ki, ekstremistlərin həyata keçirdiyi bu hücum nəticəsində on yaşlı bir qız da daxil olmaqla 15 günahsız mülki şəxs həyatını itirib, onlarla insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

“Məlum olduğu kimi, təəssüf ki, terror aktının qurbanları arasında Avstraliyada daimi yaşayan həmvətənlərimiz də var”, – deyə Mariya Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan rəsmi açıqlamada vurğulayıb.

Rusiya XİN terror aktını qətiyyətlə pislədiyini bildirərək, həlak olanların ailələrinə başsağlığı verib və yaralananlara tezliklə sağalma arzulayıb.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью