Zaxarova təsdiqlədi: Türkiyədə görüş olacaq

09.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“ABŞ və Rusiya nümayəndələri arasında diplomatik missiyaların fəaliyyətinin normallaşdırılması ilə bağlı aprelin 10-da Türkiyədə görüş keçiriləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

“Sabah iki ölkənin diplomatik nümayəndəliklərinin fəaliyyətinin normallaşdırılması üzrə məsləhətləşmələrin növbəti raundu baş tutacaq. Bu barədə məlumatı təsdiqləyirəm. Sabahkı görüş bu məzmunda müzakirələrin ikinci raundudur”, – Zaxarova bildirib.

Qeyd edək ki, ABŞ və Rusiya rəsmiləri arasında Türkiyədə keçirilən ilk görüş fevralın 27-də olub. Tərəflər mətbuata açıqlamalarında müzakirələrin məhsuldar keçdiyini söyləyiblər.

Ayşən Mustafa
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью