Zaxarova trıpp layihəsi ilə bağlı Moskvanın mövqeyini açıqladı

26.11.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

“TRIPP layihəsi Cənubi Qafqazda yeni ayırıcı xəttə çevrilməməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova layihə ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, Moskva “Tramp marşrutu”nun yalnız Rusiyanın və İranın maraqları nəzərə alınmaqla həyata keçirilməsinin mümkün olduğunu düşünür:
“Əks halda, layihəni qaçılmaz uğursuzluq gözləyir”.
Zaxarova Ermənistan-Amerika təşəbbüsünün detalları ilə bağlı da hələlik aydınlığın olmadığını vurğulayıb. Belə ki, tikintinin müddəti və parametrləri, eləcə də infrastrukturdan və logistika imkanlarından istifadə şərtləri məlum deyil.
Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью