Zaxarova Türkiyə ilə bağlı sualı cavablandırmaqdan imtina etdi

02.06.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xarici işlər nazirinin müavini Sergey Verşininin Türkiyəyə yeni səfir təyin olunması ilə bağlı sualı şərh etməkdən imtina edib.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, o, bu barədə TASS-ın sualına ümumi cavab verib.

“Səfirlərin təyinatı prezidentin səlahiyyətindədir”, - Zaxarova bildirib.

Xatırladaq ki, bundan əvvəl KİV-də Rusiyanın Türkiyədəki səfirini dəyişmək niyyətində olduğu və Verşinin diplomatik missiyanın yeni rəhbəri olması barədə xəbərlər yayılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью