Zaxarova: Türkiyə və ya digər ölkələr danışıqlara vasitəçi deyil

30.05.2025

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya və Ukrayna arasında aparılan danışıqlarda Türkiyə və ya başqa ölkənin vasitəçiliyi nəzərdə tutulmur.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Zaxarova bu açıqlamanı İstanbulda danışıqların keçiriləcəyi gün ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın nümayəndələrinin Türkiyəyə səfəri ilə bağlı yayılan xəbərlərə cavab olaraq verib.

O qeyd edib ki, bu ölkələrin nümayəndələrinin səfəri danışıqlara vasitəçilik etmək məqsədi daşımır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью