Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Ukrayna hərbçilərinin 2025–2026-cı illərdə Avropadakı kriminal qruplaşmalara 5 mindən çox zərbə PUA-sı ötürdüyü iddia edilir.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Dünyanın müxtəlif ölkələrində naməlum pilotsuz uçuş aparatları ilə bağlı insidentlərin artmasını nəzərə alaraq, Ukrayna terrorunun bütün dünyaya ixracı təhlükəsinin artdığını söyləmək olar. Zelenski rejiminin hərbi dəstəklənməsinin nəticələrini indi Kiyevin birbaşa himayədarları da öz üzərlərində hiss etmək məcburiyyətindədirlər”, – diplomat qeyd edib.
Bundan əlavə, Zaxarova 500-dən çox ukraynalı hərbi təlimatçının Latın Amerikası ölkələrinə, daha bir neçə yüz nəfərin isə Yaxın Şərqə göndərildiyini bildirib.
Avqustun 10-da Rusiya Dövlət Dumasının deputatı Leonid Slutski Ukrayna Silahlı Qüvvələrinin Nijnekamskda mülki və istehsal obyektlərinə zərbəsindən sonra Ukraynada qərar qəbuletmə mərkəzlərinə hücum etməyə çağırıb.
Xədicə BAXIŞLI