Zaxarova Ukraynanın Qərbə nə üçün lazım olduğunu açıqlayıb

25.12.2024

Icma.az bildirir, Missiya.az portalına istinadən.

“Əgər Qərb Ukraynada pulu qırğına deyil, bu ölkənin inkişafına yönəltsəydi, Ukrayna bir sıra sahələrdə lider ola bilərdi”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, Qərb onlardan yalnız bir vasitə kimi istifadə etmək istəyir.

“Əgər Qərb demokratik, firavan, mütərəqqi dövlət yaratmaq istəsəydi, o zaman bu pullar Ukraynanın inkişafına xərclənərdi”, - deyə siyasətçi əlavə edib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью