Zaxarova Yunanıstanın Rusiya silahlarını Ermənistana təhvil verməsi məsələsini şərh edib

27.11.2024

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskva Afinaya tədarük edilən Rusiya silahlarının Rusiya Federasiyasının razılığı olmadan təkrar ixracını qadağan edən ikitərəfli sazişləri xatırladır. 


Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Yunanıstanın Ermənistana S-300 hava hücumundan müdafiə sistemi və Rusiya istehsalı olan TOR-M1 və Osa-AKM zenit sistemlərini təhvil vermək niyyəti ilə bağlı mətbuatda yayılan xəbərləri belə şərh edərkən bildirib. 

Onun sözlərinə görə, Yunanıstan tərəfdən bu barədə heç bir müraciət olmayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью