Zaxarova Zelenskini ələ saldı: Borusu partladı

19.01.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya XİN sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskini evində işi olduğu üçün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasiminə getməyəcəyinə dair sözlərinə görə ələ salıb.

Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

"Zelenski evdə işi olduğuna görə Trampın andiçmə mərasiminə getməyəcəyini bildirib. Boru partlayıb? O, üç dəfə Vaşinqtona getməyi xahiş etdiyini, lakin indi məlum olduğu kimi, rədd cavabı aldığını deməyi unudub",- o qeyd edib.

Zaxarova xatırladıb ki, 2024-cü ildə Ukrayna prezidenti 35 ölkəyə səfər edib, yanvarda isə İtaliya, Polşa və Almaniyaya səfər edib:

"Amma bu zaman "məişət məsələləri” onu narahat etmirdi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью