Zaxarova Zelenskini gənə ilə müqayisə etdi

11.07.2026

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna xalqına gənə kimi yapışıb”.
Yeniavaz.com
xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bunu kp.ru-ya açıqlamasında hazırkı vəziyyətdə Ukraynaya və dövlət başçısına bir şeyin kömək edə biləcəyi ilə bağlı suala cavab olaraq bildirib.
“Ona heç nə kömək etməyəcək... O (Zelenski - red.) Ukrayna xalqını dişləmiş və onların qanını içməkdən doya bilməyən gənə kimidir”, - diplomat bildirib.
Qeyd edək ki, bir neçə saat əvvəl Zelenski Rusiya hərbi hücumundan sonra “Patriot” raketlərinin istehsalı üçün lisenziyaların alınmasını və Avropada ortaq anti-ballistik raket layihəsinin yaradılmasını bir nömrəli tapşırıq adlandırıb. O əlavə edib ki, Kiyev tərəfdaşlarından NATO iclasında razılaşdırılmış dəstək paketləri ilə bağlı vədlərini yerinə yetirmələrini gözləyir.
 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью