Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Volodimir Zelenskini Avropa İttifaqı ölkələri ilə özünün vassalları kimi danışmaqda ittiham edib. Bununla da o, Zelenskinin Avropa ölkələrinin Moskvanı mümkün ziyarətinə qarşı çıxmasını şərh etmiş olub.
Gununesi.info xəbər verir ki, “Son zamanlar Zelenski Avropa İttifaqı ölkələri ilə elə danışır ki, sanki onlar onun vassallarıdırlar. Onlar özlərini belə vəziyyətə qoyublar. Ya onlar bu mövqeyi qəbul edirlər və bu halda onların şikayətlənməsi üçün əsasları yoxdur, ya da onlar xatırlamalıdırlar ki, müstəqil dövlətlərdirlər” – deyə Zaxarova bildirib.
Tramp və Si Szinpinlə görüşündən sonra açıqlama verən Rusiya Prezidenti Vladimir Putin Moskvanın Avropa dövlətlərini diplomatik kanallarla Moskvaya dəvət etdiyini açıqlamışdı. Zelenski ilə bu təklifə qarşı çıxmışdı.
“Le Figaro” qəzeti Fransa Prezident Administrasiyasının nümayəndəsinə istinadən yazıb ki, Avropa ölkələri müharibəni bitirmək üçün Moksvaya getməyə hazırdır, amma bunun üçün bir şərtləri var. Qəzet Avropanın danışıqlar prosesinə tamhüquqlu iştirakçı kimi buraxılmasını istədiyini bildirib:
“Bizim tələbimiz odur ki, bu dialoqun başlanması, Rusiyanın avropalıları danışıqların tam hüquqlu üzvü kimi tanıması və onların ABŞ və Ukrayna ilə aparılan digər mərhələlərə aktiv cəlb etməsi anlamına gəlməlidir” – deyə Makronun administrasiyasından qəzetə deyiblər.
Kreml isə görüş üçün kimlərə dəvətin göndərildiyini açıqlamayıb. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Fransa, Almaniya və Britaniya nümayəndələrinin Moskvaya mümkün gəlişi onların Rusiya, ABŞ və Ukrayna danışıqlarına avtomatik qoşulacağı anlamına gəlməyəcəyini deyib.
AB ölkələri noyabrın 13-də Avropanın danışıqlar qrupunun üzvlərini müəyyən ediblər. Ona Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Polşanın milli təhlükəsizlik üzrə müşavirləri, eləcə də Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri daxil olunub.