Zaxarova Zelenskini terrorçu canavar adlandırıb

08.05.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

“Moskvaya Qələbə Paradına gələn xarici liderlər Ukrayna Prezidenti Volodimir Zelenskinin terror xarakterinə şübhə etmirlər”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Kiyev rejiminin parada, veteranlara, fəxri qonaqlara, bu tədbirlərin bütün qonaqlarına təhdid kimi dediyi hər şeyin yalnız bir xüsusiyyəti var, o da terrorizm və terror təhdididir. Düşünürəm ki, buna artıq heç kimin şübhəsi yoxdur”, - deyə siyasətçi vurğulayıb.

O qeyd edib ki, Zelenski nə demokratiya uğrunda mübarizə aparır, nə də Ukraynanın müstəqilliyinin müdafiəçisidir.

O, Zelenskini Qərbin pulu ilə yetişdirilmiş əsl terrorçu canavar adlandırıb.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью