Zaxarova: Zelenskinin itirdiyi ərazilər Ukraynaya deyil, NATO ya lazımdır

25.09.2025

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin itirdiyini inkar etdiyi ərazilər Ukrayna xalqına yox, NATO ölkələrinə lazımdır.

Doğru.az xəbər verir ki, İspaniyanın “El País” qəzeti daha əvvəl yazmışdı: Ukrayna sakinləri ölkənin əvvəlki sərhədlərinə qayıdacağına inanmırlar.

Bundan başqa, ABŞ prezidentinin xüsusi elçisi Keyt Kelloq Ukraynaya bəzi ərazilərin faktiki itirilməsi ilə barışmağı məsləhət görüb. Təqaüddə olan amerikalı polkovnik-leytenant Daniel Davis də bildirib ki, Zelenski Kelloqun ərazi itkisini etiraf etməsi ilə bağlı sözlərinə diqqət yetirməlidir.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью