Zaxarova Zurabişvilini nasizmdə ittiham etdi

07.12.2024

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Gürcüstan Prezidenti Salome Zurabişvilinin nasist keçmişi ilə bağlı yazı dərc edib. 

Gununsesi.info xəbər verir ki, bu barədə o, “Telegram” kanalında yazıb.

“Russofobiya və ultra-liberalizmin kökləri haqqında. Belə çıxır ki, bir çox avropalı məmurlar öz atalarının nasist keçmişinə qayıdırlar…”, – Zaxarova qeyd edib.

O, həmçinin Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvilinin əmisi alman işğalçıları ilə əməkdaşlıqda ittiham olunan və itkin düşən filosof və tərcüməçi Georges Zurabişvilinin və 1944-cü ildə ittiham olunan dayısı Mixail Kedia haqqında məlumat qeyd olunan məqaləyə keçid linki qoyub.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью