Zaxarovadan çağırış: “Müasir dövrdə...”

29.07.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin İrana məxsus ticarət gəmisinə hücumunu terror aktı kimi qiymətləndirib.

“Cebheinfo.az”-ın xarici mediaya istinadən məlumatına görə, Zaxarova bildirib ki, bu hadisə dənizdə törədilmiş terror hücumudur və müasir dövrdə yenidən müşahidə olunan dəniz piratçılığına bənzəyir.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ilə Ukraynanın xarici işlər naziri Andriy Sibiha arasında telefon danışığı olub. Ukrayna tərəfi hücumun qəsdən edilmədiyini bildirib.

İran isə ölkə vətəndaşlarına qarşı belə hücumların qəbuledilməz olduğunu vurğulayaraq, Kiyevdən dəyən zərərin ödənilməsini tələb edib.

Xatırladaq ki, iyulun 25-də İrana məxsus ticarət gəmisinə hücum nəticəsində bir ekipaj üzvü həlak olub, daha biri isə yaralanıb.

Aişə Abdulova
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью