Zaxarovadan COP29la bağlı açıqlama

21.11.2024

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda keçirilən BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivəs Sazişinin Tərəflər Konfransı COP29 mükəmməl təşkil edilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiyanın COP29-da geniş təmsil olunduğunu xatırladan Zaxarova qeyd edib ki, bu, ölkəsinin iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin ardıcıl tərəfdarı olduğunu bir daha sübut edir.

Rusiya XİN sözçüsü ölkəsinin COP29-dakı nümayəndə heyətinin rəsmi Bakı tərəfindən yüksək səviyyədə qəbul olunduğunu söyləyib:

“Əminik ki, COP-un Azərbaycanda keçirilməsi beynəlxalq arenada Bakının nüfuzunu artıracaq. Xüsusilə, tədbirdə belə nəticələr, uğurlar, səviyyə nümayiş olunub. Biz iqlim istiqamətində Azərbaycan və bütün digər maraqlı dövlətlərlə əməkdaşlığı möhkəmləndirməyi davam etdirməyi hədəfləyirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью