Zaxarovadan Lukaşenkonun tövsiyəsinə REAKSİYA

17.12.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynaya tövsiyəsini şərh edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Sputnik Radio”suna danışıb.

Belarus lideri bildirib ki, Ukrayna “yatmış ayını” oyatmaqdansa, Rusiya ilə əlaqə qurmalıdır.

Zaxarova bu fikrə dəstək olub.

“Kimsə özünü “yatmış ayı”nın yanında tapırsa, əvvəlcə özündən ora necə çatdığını soruşmalıdır”, – deyə diplomat qeyd edib.

Zaxarovanın fikrincə, Rusiya ilə Avropa arasında əməkdaşlıq üçün hər cür imkan mövcuddur, lakin Qərb onları rədd edərək qarşıdurma yolunu seçib.

Əliyar Xəlil
Globalinfo.az  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью