Zaxarovadan Moldova hakimiyyətinə sərt ittiham

15.09.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moldova hakimiyyətini ölkəni Rusiyaya qarşı yönəltməkdə ittiham edib.

Redaktor.az xəbər verir ki, Zaxarova brifinq zamanı Moldova hakimiyyətinin cəmiyyətdə parçalanma yaratdığını və ölkəni Rusiyaya qarşı qalaya çevirməyə çalışdığını bildirib.

Onun sözlərinə görə, rəsmi Kişinyov Qərbin dəstəyini qazanmaq üçün Moldovanın tarixi və mədəniyyətinə hörmətsiz yanaşır və cəmiyyətdə qütbləşməni dərinləşdirir.

Zaxarova həmçinin Moskvanın Kişinyovun Avropa İttifaqının təsiri ilə “militarist macəralara” cəlb olunmaq cəhdlərini diqqətlə izlədiyini deyib.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью