Zaxarovadan Qarabağ açıqlaması: “2020 ci il müharibəsində dedilər ki…”

28.07.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qarabağ münaqişəsinə cəlb edilməsi mümkün deyildi, çünki hətta Ermənistanın özü də bu ərazini tanımırdı”.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, ermənilər müharibə dövründə KTMT-nin Qarabağa müdaxiləsini gözləyirdi:

“2020-ci ildə müharibə zamanı Ermənistanda deyirdilər ki, “gəlin, KTMT mexanizmindən istifadə edək”. Amma əslində bu müharibə harada gedirdi? Qarabağ ərazisində. Ermənistanın özü isə təəssüf ki, ya da xoşbəxtlikdən həmin ərazini nə özünün tərkib hissəsi, nə də müstəqil ərazi kimi tanıyırdı”, – Zaxarova qeyd edib.

O vurğulayıb ki, KTMT-nin 2020-ci il müharibəsinə hərbi müdaxiləsi üçün hüquqi əsas olmayıb. /Globalinfo.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью