Zaxarovadan Rusiyanı ayıya bənzədən Lukaşenkoya reaksiya

17.12.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

“Özünü yatmış ayının yanında tapan hər kəs özündən ora necə gəldiyini soruşmalıdır”.

Teleqraf xəbər verir ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynaya ünvanladığı xəbərdarlığı bu cür şərh edib.

“Bu sitatı davam etdirmək və sual vermək istəyirəm: özünüzdən soruşmaq istəmirsinizmi ki, niyə ayının yanında yatırsınız? Ora necə gəlmisiniz?”, - Zaxarova bildirib.

Xatırladaq ki, bundan əvvəl Aleksandr Lukaşenko Kiyevi yatan ayını (Rusiya) oyatdığını bəyan edərək, müharibənin başlamasına görə Ukraynanı günahlandırmışdı: “Ukrayna müəyyən bir dil siyasəti qurmaq istəyirdisə, bunu sakit şəkildə, illər ərzində mərhələ-mərhələ etməliydi, yatmış ayını oyatmaqla yox. Bunu sizə yaşlı bir siyasətçi kimi deyirəm: əgər sən bu yatan ayının yanında yaşayırsansa, onu oyatma, normal münasibətlər qur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью