Zaxarovanın Malta səfərinə imkan verilmədi

05.12.2024

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Malta Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dekabrın 5-6-da paytaxt Valetta şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak üçün verilmiş vizasını son anda ləğv edib. SİA "İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bəyanatda Zaxarovanın vizasının ləğvi görünməmiş hadisə adlandırılıb. O da qeyd olunub ki, Malta tərəfi vizanın ləğvinin onlardan asılı olmayan səbəbdən baş verdiyini bildirib.

“ATƏT sistemində müxtəlif tədbirlər, o cümlədən Nazirlər Şurasının qarşıdan gələn iclası üçün Rusiya nümayəndə heyətinin üzvlərinə vizaların verilməməsi probleminə xüsusi diqqət yetiriləcək”, - nazirlik bəyan edib.

İclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью