Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Malta Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dekabrın 5-6-da paytaxt Valetta şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak üçün verilmiş vizasını son anda ləğv edib.
Redaktor.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bəyanatda Zaxarovanın vizasının ləğvi görünməmiş hadisə adlandırılıb.
O da qeyd olunub ki, Malta tərəfi vizanın ləğvinin onlardan asılı olmayan səbəbdən baş verdiyini bildirib.
“ATƏT sistemində müxtəlif tədbirlər, o cümlədən Nazirlər Şurasının qarşıdan gələn iclası üçün Rusiya nümayəndə heyətinin üzvlərinə vizaların verilməməsi probleminə xüsusi diqqət yetiriləcək”, - nazirlik bəyan edib.
Qeyd olunub ki, iclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edəcək.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.