Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Malta Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dekabrın 5-6-da paytaxt Valetta şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak üçün verilmiş vizasını son anda ləğv edib.
Bu barədə Rusiya XİN məlumat yayıb. Bəyanatda Zaxarovanın vizasının ləğvi görünməmiş hadisə adlandırılıb.
O da qeyd olunub ki, Malta tərəfi vizanın ləğvinin onlardan asılı olmayan səbəbdən baş verdiyini bildirib.
“ATƏT sistemində müxtəlif tədbirlər, o cümlədən Nazirlər Şurasının qarşıdan gələn iclası üçün Rusiya nümayəndə heyətinin üzvlərinə vizaların verilməməsi probleminə xüsusi diqqət yetiriləcək”, - nazirlik bəyan edib.
Qeyd olunub ki, iclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edəcək.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.