Zaxarovanın Malta səfərinə imkan verilmədi | Icma.az
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Malta Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın dekabrın 5-6-da paytaxt Valetta şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak üçün verilmiş vizasını son anda ləğv edib.Bakıvaxtı.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.Bəyanatda Zaxarovanın vizasının ləğvi görünməmiş hadisə adlandırılıb.
O da qeyd olunub ki, Malta tərəfi vizanın ləğvinin onlardan asılı olmayan səbəbdən baş verdiyini bildirib.“ATƏT sistemində müxtəlif tədbirlər, o cümlədən Nazirlər Şurasının qarşıdan gələn iclası üçün Rusiya nümayəndə heyətinin üzvlərinə vizaların verilməməsi probleminə xüsusi diqqət yetiriləcək”, - nazirlik bəyan edib.Qeyd olunub ki, iclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu