Zaxarovaya brifinq zamanı sirli zəng: Xəbərdarlıq aldı

21.11.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinq zamanı həyəcanlı anlar yaşayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, mətbuat konfransının gedişində diplomatın mobil telefonuna zəng gəlib.

Naməlum şəxs Zaxarovaya xəbərdarlıq edib. O, XİN sözçüsünə Ukraynaya qitələrarası ballistik raket zərbəsini şərh etməməyi tapşırıb.

Zaxarova bunun rutin bir iş prosesi olduğunu və rəhbərlik tərəfindən məlumatlandırıldığını izah edib.

Zaxarovaya brifinq zamanı sirli zəng: Xəbərdarlıq aldı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью