Zəbt olunan həmin səkilərlə bağlı rəsmi açıqlama FOTOLAR

11.01.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub. Ərazidə yaşayan sakinlər məcburiyyətdən maşın yoluna çıxdıqlarını bildirirlər.

Məsələ ilə  bağlı Xətai Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya ərazinin qurumun nəzarətində olduğu açıqlanıb.

“Ərazi rayon İcra hakimiyyəti olaraq nəzarətimizdədir. Hazırda orada səkinin bərpası işləri gedir. Sonra isə rayonun digər prospekt və küçələrində olduğu kimi, yaşıllıq zolağı yaradılacaq. Ərazidə heç bir ağac kəsintisindən söhbət gedə bilməz.

Təssüflər olsun ki, bəzi tikinti şirkətləri tikinti işləri başa çatandan sonra belə cəhdlər edirlər. Bir neçə il əvvəl həmin küçəyə paralel Mehdi Mehdizadə küçəsində də belə cəhd olmuşdu. Dərhal tərəfimizdən qarşısı alındı və müvafiq qurumlarla birgə tədbirlər görüldü”, - rəsmi açıqlamada vurğulanıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью