Zəbt olunan səkilərlə bağlı tədbirlər görüləcək

30.01.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı şəhərində mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görüləcək.

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən, BŞİH və RİNN, DİN, MN, ƏƏSMN, DŞAK, AAYDA, NƏŞ birlikdə 2025-2030-cu illərdə Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətini araşdıracaq, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görüləcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью