futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sabah” Misli Premyer Liqasının VII turunda “Neftçi” ilə heç-heçə etdi – 0:0.
Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın futbolçusu Akim Zedadka matçdan sonra jurnalistlərin suallarını cavablandırdı:
– Matçla bağlı fikirlərinizi bölüşərdiniz.
– Çətin oyun oldu. Yaxşı komandaya qarşılaşdıq. Yaxşı hücumlarımız oldu, amma qol vura bilmədik. Bir xal da pis nəticə deyil.
– 6 turdan sonra birinci dəfə qol vura bilmədiniz. Nə üçün alınmadı?
– Qol vurmaq istəyirdik və bunun üçün şanslarımız da oldu. İki komanda da hücumda yaxşı çıxış etdi. Düşünürəm ki, nəticə iki tərəf üçün də ədalətli idi.
– Qarşıda Çempionlar Liqasında “Slaviya” ilə oyun var. Matçdan gözləntiləriniz nədir?
– Fərqli turnirdir. Bu gün bütün diqqətimiz “Neftçi”də idi. İndi qarşıda Çempionlar Liqası matçı var və buna fokuslanacağıq. Yaxşı nəticə üçün mübarizə aparacağıq.
– Üç turnirdə mübarizə aparmaq çətin olmayacaq?
– Hər oyuna qələbə üçün çıxacağıq. Qarşıda uzun marafon var. Necə olacağını görəcəyik.
Şahin Cəfərov