Zədə səbəbindən millini tərk edən Lennart Karlı RB Leypsiq in futbolçusu əvəzləyəcək

06.06.2026

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

"Bavariya"nın yarımmüdafiəçisi Lennart Karl dünya çempionatında Almaniya millisinin heyətində yer almayacaq. Sport24.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ötən gün komandanın məşqi zamanı zədə alıb.

İnsayder Florian Plettenberqin sözlərinə görə, "RB Leypsiq"in 20 yaşlı futbolçusu Assane Uedraoqo onun yerinə yığmaya çağırılacaq. İstedadlı yarımmüdafiəçi də mundiala yallanacaq son heyətə düşməyə yaxın idi, lakin son anda seçilməyib. 

Hazırda İspaniyada tətildə olan Uedraoqo təcili Çikaqoya uçacaq və orada Almaniya millisinə qoşulacaq. Baş məşqçi Julian Nagelsmann artıq oyunçuya qərarı barədə məlumat verib. "RB Leypsiq" də məlumatlandırılıb.

Qeyd edək ki, Almaniya DÇ-2026-nın qrup mərhələsində Ekvador, Kot-d'İvuar və Kurasao ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью