Icma.az, futbolpress-az saytına istinadən bildirir.
İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi və kapitanı Lorenso Pelleqrini jurnalist Cuzeppe Kolaluççinin xatirəsinə həsr olunan, idman, media və ictimai xidmət sahəsində fərqlənənlərə təqdim edilən “Premio Colalucci” mükafatı ilə təltif olunub.
Futbolpress.az xəbər verir ki, paytaxtın “Antico Tiro a Volo” mərkəzində keçirilən təntənəli təqdimat mərasimində aprel ayından bəri zədə səbəbindən yaşıl meydanlardan uzaq qalan 30 yaşlı futbolçu jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli yarımmüdafiəçi artıq tam bərpa olunduğunu və heyətə qayıtdığını bildirib:
“Hazırda özümü çox yaxşı hiss edirəm. Beynəlxalq fasilədən əvvəlki iki matçda ehtiyat skamyada əyləşsəm də, oyun praktikası əldə etməyə tam hazır deyildim. Bu fasilə mənim üçün tam vaxtında oldu, gərgin məşqlər keçərək fiziki formamı bərpa etdim. Mövsümün davamını səbrsizliklə gözləyirəm”.