Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünən Misli Premyer Liqasının VII turunda keçirilən "Karvan-Yevlax" - "Sabah" görüşündə zədələnən Coy-Lens Mikelsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a klubdan məlumat verilib.
Bildirilib ki, futbolçu özünü yaxşı hiss edir, amma bu gün keçiriləcək maqnit rezonans tomoqrafiyası (MRT) müayinəsindən sonra həkimlər dəqiq diaqnoz qoyacaqlar.
Qeyd edək ki, "Sabah"ın 2:0 hesablı qələbəsi ilə başa çatan oyunun 92-ci dəqiqəsində Coy-Lens Mikels "Karvan-Yevlax"ın qapıçısı Kamran İbahimovla toqquşma zamanı ağır zədə almışdı.
Murad Nəsimi